Tullantıdan sənətə

 

QalaDövlət Tarix-Etnoqrafiya Qoruğunda beynəlxalq sərgi

  

   QalaDövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi, “Təmiz şəhər” ASC, “Qız qalasıqalereyası İçərişəhərDövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsinin birgə təşkilatçılığı iləTullantıdan sənətəikinci beynəlxalq sərgisi keçirilir.

   Tullantıdan sənət nümunələri yaratmaq bu günün klişelərinə qaydalarına etiraz kimi qiymətləndirilir. Bu trendin nümayəndələri istifadəyə yararsız gərəksiz hesab edilən əşyaları sənət əsərinə çevirərək izləyiciləri heyrətə gətirirlər. Sərgidə Azərbaycan, Fransa, İtaliya, Böyük Britaniya, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə Rusiyadan incəsənət nümayəndələri iştirak edirlər.

   Ötən ilin iyununda Qala qəsəbəsində keçirilmişTullantıdan sənətəbirinci beynəlxalq sərgisindən fərqli olaraq, builki sərgi çərçivəsində tullantının sənət əsərinə çevrilməsi prosesini əyani şəkildə izləmək imkanı yaradılıb. Sərginin 8-i azərbaycanlı olmaqla, ümumilikdə 24 iştirakçısı öz əsərləri üzərində elə pavilyonda işləyirlər. İyunun 20-dək iştirakçılar tullantıdan yaradacaqları sənət əsərlərinin üzərində işləyəcəklər həmin gün sərginin rəsmi başlanğıcı olacaq.

   Tədbirin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. İştirakçılar ən bəsit lazımsız görünən materiallardan - metal, kağız, plastik kütlə, rezin məmulatı müxtəlif məişət tullantılarından istifadə etməklə maraqlı nümunələr hazırlayırlar.

   Beynəlxalq tədbir Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz şəhər” ASC tərəfindən Qala qəsəbəsində həyata keçirilən tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihəsinin maarifləndirmə proqramı çərçivəsində keçirilir.

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 8.